"Neftçi" Çempionlar Liqasında bu topla oynayacaq - FOTO

11 İyul 2021 09:00 Çempionlar Liqası 853
"Neftçi" Çempionlar Liqasında bu topla oynayacaq - FOTO

Çempionlar Liqasının 2021/2022 mövsümünün topunun təsviri üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, fotonu futbol formaları və aksussuarlar üzrə ixtisaslanşmış "Footyheadlines" portalı dərc edib.

Topun baza rəngi ağdır. Onun üzərində qara, çəhrayı, sarı, qırmızı və narıncı rənglərdə işlənilmiş ulduzların təsvirləri yer alıb. Ulduzların rəngləri bir-birini əvəzləyir.

Top üzərində həmçinin "Çempionlar Liqasının rəsmi topu" yazılmış ənənəvi loqotip yer alıb. Texniki sponsor "Adidas"dır.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi"nin "Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bildirib ki, bu top pley-off mərhələsindən klubların ixtiyarına veriləcək. Hələlik isə klublar oyunlarını öz topları ilə keçirirlər.

"Neftçi" I təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan "Dinamo"sunu Tbilisidə 2:1 hesabı ilə yenib. Cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"