ÇL: Mahir "Legiya"ya qələbə bəxş etdi, ermənilər… NƏTİCƏLƏR

8 İyul 2021 00:14 Çempionlar Liqası 2 914
ÇL: Mahir "Legiya"ya qələbə bəxş etdi, ermənilər… NƏTİCƏLƏR

Çempionlar Liqasında I təsnifat mərhələsinin daha 9 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" Gürcüstanda "Dinamo"nu (Tbilisi) 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı isə Norveçdə "Bude Qlimt"ə qalib gəlib - 3:2. Emreli həmin qarşılaşmada iki qola imza atıb.

Bu gün həmçinin Slovakiyanın "Slovan" (Bratislava), Xorvatiyanın "Dinamo" (Zaqreb), Bolqarıstanın "Lüdoqorets", Moldavanın "Şerif" və İsveçin “Malmö” klubu da qələbə qazanıb.

Yalnız "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) və "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) görüşlərində qalib müəyyənləşməyib.

9 oyunda ümumilikdə 27 qol qeydə alınıb.

I təsnifat mərhələsi, ilk oyunlar

"Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2

“Bude Qlimt” (Norveç) - "Legiya" (Polşa) - 2:3

"Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) - 3:2

"Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 1:0

"Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) - 1:1

"Teuta" (Albaniya) - "Şerif" (Moldova) - 0:4

“Malmö” (İsveç) - "Riqa" (Latviya) - 1:0

"Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) - 2:2

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə