"Neftçi"dən səfər qələbəsi - Yenilənib

7 İyul 2021 21:55 Çempionlar Liqası 1 298
"Neftçi"dən səfər qələbəsi - Yenilənib

"Neftçi" bu gün Çempionlar Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində "Dinamo" (Tiflis) ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Yeddi illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “Neftçi” səfərdəki matçı Namik Ələsgərov və Emin Mahmudovun qolları ilə qalib gələrək evdəki oyunöncəsi üstünlük qazanıb.

Komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

"Dinamo" (Tiflis, Gürcüstan) - "Neftçi" (Azərbaycan) 1:2
Qollar: Zoran Marusiç, 36 - Namik Ələsgərov, 23, Emin Mahmudov, 57 (p)

Baş hakim: David Fuksman (İsrail)

Tiflis. Boris Payçadze “Dinamo Arena”

​"Dinamo": 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Giorgi Qabedava, 12. Levan Xarabadze, 15. Giorgi Papava (k), 19. Simon Qbeqnon, 21. Giorgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani

"Neftçi": 30. Aqil Mammadov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli(97. Xəyal Nəcəfov, 88), 11. Harramiz Suareş, 20. Mert Çelik, 24. Yusuf Laval(26. Ömər Buludov, 86), 29. Sabir Buqrin(22. Mirabdulla Abbasov, 90), 36. Mamadu Kane

Ehtiyat oyunçular: Kamran İbrahimov, Əlirza Müştəbəzadə, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Mirabdulla Abbasov, Ömər Buludov, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda