“Olimpiakos” vaxt təyin etdi: “Dinamo” (Tbilisi) – “Neftçi” cütünün qalibi üçün

7 İyul 2021 23:40 Çempionlar Liqası 1 651
“Olimpiakos” vaxt təyin etdi: “Dinamo” (Tbilisi) – “Neftçi” cütünün qalibi üçün

Çempionlar Liqasının II təsnifat mərhələsinin bəzi oyunlarının vaxtı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” ilk raundu adlayacağı halda növbəti qarşılaşmasının vaxtı bəllidir.

Turnirə bu raunddan başlayacaq Yunanıstan “Olimpiakos”u mövsümdəki ilk qarşılaşmasının vaxtını təyin edib.

İlk matçda “Dinamo” (Tbilisi) – “Neftçi” cütünün qalibini qəbul edəcək Pirey təmsilçisi ev sınağına iyulun 21-də çıxacaq.

Bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq.

“Neftçi” və “Dinamo” arasındakı ilk oyun bu gün Gürcüstan paytaxtı Tbilisidə, cavab matçı iyulun 14-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı