"Neftçi" yolunda iki transfer

6 İyul 2021 23:20 Çempionlar Liqası 1 988
"Neftçi" yolunda iki transfer

"Dinamo" (Tbilisi) "Neftçi"yə qarşı Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları öncəsi heyətini yeni futbolçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Tbilisi təmsilçisi qanalı oyunçular Devid Mavutor və Barns Oseylə anlaşıb.

Hər iki yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Mavutorun son klubu Polşa "Visla"sı olub. Osey isə son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib.

"Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti