“Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq - “Dinamo”dan açıqlama

5 İyul 2021 22:40 Çempionlar Liqası 1 007
“Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq - “Dinamo”dan açıqlama

Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo” və “Neftçi” arasında iyulun 7-də keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Dinamo Arena”nın təxminən 40 faizi azarkeşlərlə dolacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”un Gürcüstan bürosuna paytaxt təmsilçisinin Media meneceri İrakli Buxali məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq.

İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq: “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”.

Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən www.tkt.gewww.biletebi.ge saytlarında satışa çıxarılıb.

Biletləri sabah saat 15:00-dan stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 - 20 lari (2,70 manatdan 10,8 manatadək) arasında dəyişir.

Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti