İspan və slovakiyalı legionerlər “Neftçi” ilə oynamağa layiq bilinmədi

6 İyul 2021 00:42 Çempionlar Liqası 1 559
İspan və slovakiyalı legionerlər “Neftçi” ilə oynamağa layiq bilinmədi

"Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Dinamo" (Tbilisi) iki futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb.

Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti