"Neftçi"nin "Dinamo" (Tbilisi) ilə Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Matçın referisi Dumitri Munteana Vlad Lifçu və Vadim Vikol köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qabriel Tupiçika yerinə yetirəcək.
"Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

