"Neftçi" üçün 3 hücumçu lazım bildilər - "Dinamo"nun iştirak ərizəsi

3 İyul 2021 11:00 Çempionlar Liqası 1 284
"Neftçi" üçün 3 hücumçu lazım bildilər - "Dinamo"nun iştirak ərizəsi

"Dinamo" (Tbilisi) Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadzenin heyətə daxil etdiyi 20 futbolçudan 4-ü legionerdir.

Onlardan 2-i qapıçı, 7-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: 13. Omar Migineyşvili, 30. Roin Kvasxvadze

Müdafiəçilər: 3. Aleksandre Kalandadze, 5. Davit Kobouri, 12. Levan Xarabadze, 19. Simon Qbeqnon (Fransa), 22. Fabian Sporkslede (Niderland) , 24. Nodari İaşvili, 26. Piruzi Qabitaşvili

Yarımmüdafiəçilər: 6. Bakar Kardava, 8. Milan Radin (Serbiya) , 15. Giorgi Papava, 21. Giorgi Kutsia, 27. Anzor Mekvabişvili, 28. Giorgi Omaraşvili, 29. Nodari Lominadze, 38. Nodari Kavtaradze

Hücumçular: 9. Giorgi Qabedava, 17. Tornike Axvlediani, 32. Zoran Marusiç (Serbiya)

Bu komandalar arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti