Avrokubok mövsümü start götürdü - Çempionlar Liqasında

23 İyun 2021 09:20 Çempionlar Liqası 1 024
Avrokubok mövsümü start götürdü - Çempionlar Liqasında

Avrokuboklarda 2021/22 mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında ilkin təsnifat mərhələsinin yarımfinal oyunları keçirilib.

Farer adalarında baş tutan matçlarda “Priştina” və “İnter” rəqibini məğlub edərək, finala yüksəlib. Həlledici qarşılaşma iyunun 25-də keçiriləcək.

Meydanı məğlub tərk edən “Folqor”la “HB Torshavn” isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.

“Folqor” (San-Marino) – “Priştina” (Kosovo) – 0:2
Krasniqi, 51, Hoti, 90+1

“HB Torshavn” (Farer adaları) – “İnter” (Andorra) – 0:1
Betriu, 61

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM