“Olimpiakos”un baş məşqçisi “Neftçi“dən ehtiyat edir

18 İyun 2021 13:40 Çempionlar Liqası 1 324
“Olimpiakos”un baş məşqçisi “Neftçi“dən ehtiyat edir

“Böyük gözləntilərimiz var. Təbii ki, məqsədimiz yenidən Yunanıstan çempionu olmaq, ölkə daxilində bütün mümkün kubokları qazanmaq və avrokuboklarda uğurlu çıxış etməkdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins deyib.

"Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) üstələməyi bacarsa, növbəti mərhələdə məhz “Olimpiakos”la qarşılaşacaq.

2-ci təsnifat mərhələsinin matçları 20-21 və 27-28 iyul tarixlərində keçiriləcək. Yunanıstan klubunun baş məşqçisi isə potensial rəqibləri belə dəyərləndirib:

“Bilirik ki, qarşılaşacağımız rəqiblər öz ölkələrinin çempionlarıdır. Həm Azərbaycan, həm də Gürcüstan komandası yüksək keyfiyyətə malikdir.

“Neftçi”, eləcə də “Dinamo” bizdən maksimum məsuliyyət və səy tələb edən komandalardır. Qarşımızda asan rəqib olmayacaq. Futbolda heç nə asan deyil”.

Digər Xəbərlər
Xəbər Lenti