Püşk "Qalatasaray"ı ÇL-də məşhur kluba rəqib etdi - ÇÜTLÜKLƏR

16 İyun 2021 14:30 Çempionlar Liqası 1 604
Püşk "Qalatasaray"ı ÇL-də məşhur kluba rəqib etdi - ÇÜTLÜKLƏR

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində gerçəkləşib.

Azərbaycan təmsilçisi "Neftçi" I təsnifat mərhələsində "Dinamo"nu (Tbilisi) mübarizədən kənarlaşdırsa, Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.

"Qalatasaray" isə Niderlanddan PSV-yə rəqib olub.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar Yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Valür" (İslandiya) cütünün qalibi - "Omoniya" (Kipr)

"Slovan" (Bratislava, Slovakiya) / "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi - "Yanq Boyz" (İsveçrə)

“Bude Qlimt” (Norveç) / "Legiya"(Polşa) cütünün qalibi - "Flora" (Estoniya) / “Hamrun Spartans” (Malta) cütünün qalibi

"Konnas-Ki Nomads" (Uels) / "Alaşkert"(Ermənistan) cütünün qalibi - "Teuta" (Albaiya)/"Şerif" (Moldova) cütünün qalibi

"Olimpiakos" (Yunanıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) / "Neftçi" (Azərbaycan) cütünün qalibi

"Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütünün qalibi - "Srvena Zvezda" (Serbiya)

“Fola Eş” (Lüksemburq) / "Linkoln" (Cəbəllütariq) cütünün qalibi - ÇFR (Rumıniya) / "Borars" (Banya-Luka, Bosniya və Herseqovina) cütünün qalibi

“Malmö” (İsveç) / "Riqa" (Latviya) cütünün qalibi - HİK (Helsinki, Finlandiya) / "Buduçnost" (Monteneqro) cütünün qalibi

“Ferentsvaroş” (Macarıstan) / İlkin mərhələdə qələbə qazanan komanda cütünün qalibi - "Jalgiris" (Litva) / “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

"Şkendiya" (Şimali Makedoniya) / "Mura" (Sloveniya) cütünün qalibi - "Lüdoqorets" (Bolqarıstan) / "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün qalibi

Qeyri-çempionlar
"Rapid" (Vyana, Avstriya) - "Sparta" (Praqa, Çexiya)

"Seltik" (Şotlandiya) - "Midtüllann" (Danimarka)

PSV (Niderland) - "Qalatasaray" (Türkiyə)

II təsnifat mərhələsinin ilk oyunları 20-21 iyulda, cavab görüşləri 27-28 iyulda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!