"Neftçi"nin rəqibi kim olacaq? - Çempionlar Liqasında PÜŞKATMA

15 İyun 2021 11:20 Çempionlar Liqası 729
"Neftçi"nin rəqibi kim olacaq? - Çempionlar Liqasında PÜŞKATMA

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki təşkil olunacaq tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olacaq.

Adəti üzrə, UEFA pükşatmadan əvvəl komandaları qruplara bölüb.

Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" "Lüdoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tbilisi, Gürcüstan) və ya "Kayrat”" (Qazaxıstan) klublarından biri ilə üz-üzə gələcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

1-ci təsnifat mərhələsi

Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Lüdoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Şerif" (Moldova), “Ferentsvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Slovan" (Bratislava, Slovakiya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Tbilisi, Gürcüstan), "Jalgiris" (Litva), "Flora" (Estoniya), "Buduçnost" (Monteneqro), “Kayrat” (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq)

Səpələnməmişlər: "Riqa" (Latviya), HİK (Helsinki, Finlandiya), “Linfild” (Şimali İrlandiya), “Fola Eş” (Lüksemburq), "Şaxtyor" (Soliqorsk, Belarus), "Neftçi" (Azərbaycan), "Makkabi" (Hayfa, İsrail), "Konnas-Ki Nomads" (Uels), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), “Bude Qlimt” (Norveç), "Mura" (Sloveniya), "Teuta" (Albaniya), İlkin mərhələnin qalibi, "Borars" (Banya-Luka, Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta)

Digər Xəbərlər
Xəbər Lenti