“Neftçi” ÇL-də 15 "səpələnmiş"dən 1-i ilə görüşə bilər

14 İyun 2021 14:20 Çempionlar Liqası 1 678
“Neftçi” ÇL-də 15 "səpələnmiş"dən 1-i ilə görüşə bilər

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycan çempionu “Neftçi”nin də avrokubok mövsümündəki ilk rəqibi bəlli olacaq. Püşkatmaya qitənin 31 çempionu və ilkin mərhələnin qalibi qatılacaq.

Burada yarımfinalda “HB Torshavn” (Farer adaları) - “İnter” (Andorra) və “Folqor” (San-Marino) - “Priştina” (Kosovo) cütləri qarşılaşacaq.

“Neftçi” püşkatmada səpələnməmişlərdən olacaq. Azərbaycanın ən titullu klubu püşkatmada 16 səpələnmiş komandadan 15-i ilə görüşə bilər.

Ermənistan çempionu istisna təşkil edir. Lakin püşk ərəfəsində UEFA komandaları qruplara böləcək və potensial rəqiblərin sayı azalacaq.

İyunun 16-da “Neftçi”nin növbəti mümkün rəqibləri bəlli olacaq. Qaliblər üçün Çempionlar Liqasının, məğlublar üçün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
ÇFR (Rumıniya)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Slovakiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Alaşkert” (Ermənistan)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
“Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər
“Riqa” (Latviya)
HİK (Finlandiya)
“Linfild” (Şimali İrlandiya)
“Fola” (Lüksemburq)
“Şaxtyor” (Belarus)
“Neftçi” (Azərbaycan)
“Makkabi” (Hayfa, İsrail)
“Şemrok Rovers” (İrlandiya)
“Konnah” (Uels)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Mura” (Sloveniya)
“Borats” (Bosniya və Herseqovina)
“Teuta” (Albaniya)
“Hibernians” (Malta)
İlkin mərhələnin qalibi

Digər Xəbərlər
Xəbər Lenti