Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

9 İyun 2021 21:20 Çempionlar Liqası 1 096
Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

Çempionlar Liqasında (ÇL) 2021/22 mövsümünün ilk püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə ilkin təsnifat mərhələsinin yarımfinal cütləri müəyyənləşib.

Yarımfinalın oyunları iyunun 22-də, final matçı isə 25-də təşkil baş tutacaq. Bütün qarşılaşmalar Farer adalarında keçiriləcək və bir oyundan ibarət olacaq.

Finalda qələbə qazanan klub ÇL-in I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin mərhələnin ilk görüşləri iyulun 6-7-də, cavab matçları isə 13-14-də olacaq.

Digər 3 komanda isə mübarizəni Konfrans Liqasının II təsnifat mərhələsindən davam etdirəcək.

İlkin təsnifat mərhələsi, yarımfinal
22 iyun

“Folqor” (San-Marino) – “Priştina” (Kosovo)
“HB Torshavn” (Farer adaları) – “İnter” (Andorra)

Digər Xəbərlər
Xəbər Lenti