“Neftçi”nin ÇL-də rəqiblərindən 13-nün adı bəlli oldu

25 May 2021 00:42 Çempionlar Liqası 3 326
“Neftçi”nin ÇL-də rəqiblərindən 13-nün adı bəlli oldu

Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq 31 komandadan 28-i bəllidir.

Sportinfo.az xəbər verir ki, ilkin mərhələdə oynayacaq 4 komandadan biri də bu klublara qoşulacaq.

Bu komandalar reytinqinə əsasən səbətlərə bölünəcək. Azərbaycan çempionu “Neftçi” səpələnməmişlər sırasında yer alıb. Burada ilkin mərhələnin qalibi və 15 komanda qərarlaşacaq ki, onlardan yalnız üçü dəqiqləşməyib.

“Neftçi”nin mümkün rəqibləri olacaq səpələnmişlərdən də 13-ü məlumdur. Bu siyahıda Zaqreb “Dinamo”su və “Lüdoqorets” kimi arzuolunmaz rəqiblər də var. Lakin “Flora”, “Buduçnost”, “Jalgiris” kimi asan keçilə biləcək klublar da yer alıb.

İlk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.

İlkin mərhələ
Səpələnmiş

“HB Torshavn” (Farer adaları)
“Priştina” (Kosovo)
Səpələnməmiş
“İnter” (Andorra)
“Folqor” (San-Marino)

I təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
ÇFR (Rumıniya)
“Legiya” (Polşa)
“Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Slovakiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)

Qeyri-müəyyənlər
“Kayrat” (Qazaxıstan)
“Linkoln” (Cəbəllütariq)
“Riqa” (Latviya)
İsrail çempionu
Lüksemburq çempionu
Ermənistan çempionu

Səpələnməmişlər
HİK (Finlandiya)
“Şaxtyor” (Belarus)
“Neftçi” (Azərbaycan)
“Şemrok Rovers” (İrlandiya)
“Konnah” (Uels)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Mura” (Sloveniya)
“Borats” (Bosniya və Herseqovina)
“Hamrun” (Malta)
İlkin mərhələnin qalibi
Albaniya çempionu
Şimali İrlandiya çempionu

Digər Xəbərlər
Xəbər Lenti