“Qarabağ” çempion olsa, “səpələnmişlər“də yer alacaq

16 May 2021 14:00 Çempionlar Liqası 2 222
“Qarabağ” çempion olsa, “səpələnmişlər“də yer alacaq

Azərbaycan təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqiblərinin siyahısında dəyişikliklər olub.

Sportinfo.az xəbər verir ki, siyahıya daha iki komanda əlavə olunub, dörd komandanın yer alacağı səbət dəqiqləşib.

Slovakiya çempionu “Slovan” səpələnmişlər səbətinə daxil edilib. Onunla yanaşı, çempionluğu daha əvvəldən bilinən “Dinamo” (Tbilisi, Gürcüstan) da püşk zamanı güclülər sırasında yer alacaq.

Səpələnməmişlər siyahısında da artım olub. Uels çempionu “Konnah” aşağı reytinqlilər sırasına qoşulub. “Şaxtyor”un (Belarus) da burada yer alacağı da dəqiqləşib.

Azərbaycan çempionunun adına isə üç gündən sonra aydınlıq gələcək. Son turda qarşılaşacaq “Qarabağ” və “Neftçi” həm qızıl medalların taleyinə, həm də Çempionlar Liqasına vəsiqənin sahibinə aydınlıq gətirəcək.

“Qarabağ”ın qalib olacağı halda, səpələnmişlər sırasında yer alacağı indidən bəllidir. “Neftçi”nin səbəti isə digər ölkələrin təmsilçiləri bilindikdə dəqiqləşəcək.

İlkin mərhələ
Qeyri-müəyyən

“HB Torshavn” (Farer adaları)

I təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)
“Slovan” (Slovakiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)

Qeyri-müəyyənlər
“Jalgiris” (Vilnüs, Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
HİK (Finlandiya)
“Riqa” (Latviya)

Səpələnməmişlər
“Şaxtyor” (Belarus)
“Şemrok Rovers” (İrlandiya)
“Konnah” (Uels)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Hamrun” (Malta)
İlkin mərhələnin qalibi
Albaniya çempionu

Digər Xəbərlər
Xəbər Lenti