“Qarabağ”la “Neftçi”ni gözləyənlər - Çempionlar Liqasında 20 rəqib

11 May 2021 00:42 Çempionlar Liqası 2 530
“Qarabağ”la “Neftçi”ni gözləyənlər - Çempionlar Liqasında 20 rəqib

Çempionlar Liqasının I təsnifat mərhələsində iştirak edəcək daha iki klub bəlli olub.

Sportinfo.az xəbər verir ki, Xorvatiya “Dinamo”su ilə Bolqarıstan “Lüdoqorets”inin püşkatmada səpələnmişlərdən olacağı da dəqiqləşib.

Bununla da yarışa I təsnifat mərhələsindən başlayacağı dəqiqləşən komandaların sayı 19-a çatıb. Daha bir klub ilkin mərhələdən başlayacaq.

Bu 20 iştirakçı Azərbaycan çempionu – “Qarabağ” və ya “Neftçi” üçün potensial rəqib sayılır.

Düzdür, onlardan bəziləri səbətlərə görə ilk raundda rəqib olmaya bilər. Amma istənilən halda növbəti mərhələlərdə qarşılaşmaq mümkündür.

İlkin mərhələ
Qeyri-müəyyən
“HB Torshavn” (Farer adaları)

I təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
“Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç)
“Legiya” (Polşa)
“Ferensvaroş” (Macarıstan)
“Şkendiya” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Flora” (Estoniya)
“Buduçnost” (Monteneqro)
“Kayrat” (Qazaxıstan)
HİK (Finlandiya)
“Riqa” (Latviya)
“Şaxtyor” (Belarus)

Səpələnməmişlər
“Şemrok Rovers” (İrlandiya)
“Valyur” (İslandiya)
“Bodo Qlimt” (Norveç)
“Hamrun” (Malta)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti