"Real" məğıub oldu - Çempionlar Liqasında ingilis finalı

6 May 2021 00:54 Çempionlar Liqası 892
"Real" məğıub oldu - Çempionlar Liqasında ingilis finalı

Çempionlar Liqasında ikinci finalçının da aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab oyununda İngiltərədə "Real"ıni 2:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb.

Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı - 1:1.

"Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0

Qollar: Timo Verner, 28, Meyson Maunt, 85

İlk oyun - 1:1

Digər Xəbərlər
Xəbər Lenti