"Çelsi" - "Real" matçı italiyalılara tapşırıldı

3 May 2021 21:40 Çempionlar Liqası 693
"Çelsi" - "Real" matçı italiyalılara tapşırıldı

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Çelsi" - "Real" matçına hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüşü Daniele Orsatonun rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Ona yan xətt köməkçiləri qismində Alessandro Callatini və Fabiano Pretti kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Massa yerinə yetirəcək. VAR hakimi Marko Quida olacaq.

Mayın 5-də keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi