"Mançester Siti" PSJ üzərində əzmkar qələbə qazandı

29 Aprel 2021 00:53 Çempionlar Liqası 999
"Mançester Siti" PSJ üzərində əzmkar qələbə qazandı

Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Fransada PSJ ilə qarşılaşan "Mançester Siti" 2:1 hesablı əzmkar qələbə qazanıb.

Matçda hesabı meydan sahibləri açıblar. Markinyos 15-ci dəqiqədə komandasını önə çıxarıb. İlk hissə Paris təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan qonaqlar 64-cü dəqiqədə Kevin De Bröyne, 7 dəqiqə sonra isə Riyad Mahrezin vurduğu qollarla hesabı öz xeyrinə dəyişib.

77-ci dəqiqədə PSJ-nin heyətində İdrissa Geye qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, səfərdə qələbə qazanan "şəhərlilər" cavab matçı öncəsi böyük üstünlük əldə edib.

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2

Qollar: Markinyos, 15 - Kevin De Bröyne, 64, Riyad Mahrez, 71

Qırmızı vərəqə: İdrissa Geye, 77 (PSJ)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti