"Çelsi" Madriddə 1:1 etdi

28 Aprel 2021 00:52 Çempionlar Liqası 562
"Çelsi" Madriddə 1:1  etdi

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

bu raundun ilk oyunu İspaniyada "Real"la "Çelsi" arasında baş tutub.

"Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.

Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.

"Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1

Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14

Digər Xəbərlər
Xəbər Lenti