Çempionlar Liqası: “Real” – “Çelsi” matçının təyinatları açıqlandı

27 Aprel 2021 12:00 Çempionlar Liqası 522
Çempionlar Liqası: “Real” – “Çelsi” matçının təyinatları açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) matçının təyinatları açıqlanıb.

Spotinfo.az xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkeli olacaq.

Ona yan xətt hakimləri Hessel Steeqstra və Yan de Vris kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orel Qrinfeld yerinə yetirəcək. VAR hakimi Kevin Blomu və Kamfusu Yohem olacaq.

Sabah keçiriləcək “Real” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti