Çempionlar Liqasında 36 klubun iştirakına icazə verildi

19 Aprel 2021 16:40 Çempionlar Liqası 957
Çempionlar Liqasında 36 klubun iştirakına icazə verildi

UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının yeni formatını müzakirə edib.

Sportinfo.az xəbər verir ki, 2024/25 mövsümündən etibarən ÇL-də 36 komandanın iştirakı təsdiqlənib.

Oynadığı liqada Çempionlar Liqasına yüksəlməyən, ancaq Çempionlar Liqasında ciddi nəticələr qazanmış 2 klub "Wild Card" ilə qruplara vəsiqə qazanacaq.

18 klub 2 qrupa ayrılacaq və qruplarda hər komanda 5 ev və 5 səfər matçı keçirəcək. 10 oyunun nəticəsinə əsasən, turnir cədvəli müəyyənləşdiriləcək.

İlk 8 yerin sahibi növbəti mərhələyə yüksələcək. Digər 8 komanda arasında pley-off oyunları baş tutacaq. Qaliblər növbəti raunda, məğlublar isə Avropa Liqasına yollanacaq.

Hazırda ÇL-in qrup mərhələsində 32 klub iştirak edir. ÇL-də son 16 komandanın qalmasından sonra turnir ənənəvi formatda davam etdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar