Mehdi Çempionlar Liqasının tarixinə düşdü - 1/4 finalda qol vuran ilk iranlı

15 Aprel 2021 01:34 Çempionlar Liqası 1 210
Mehdi Çempionlar Liqasının tarixinə düşdü - 1/4 finalda qol vuran ilk iranlı

Çempionlar Liqasının 1/4 finalında "Çelsi"ni səfərdə məğlub edən "Portu"nun hücumçusu Mehdi Taremi turnirin tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 90+4-cü dəqiqədə komandasının qələbə qolunu vuran 28 yaşlı forvard turnirin 1/4 finalında qol vuran ilk iranlı futbolçu olub.

Qələbəyə baxmayaraq, ilk oyunda uduzan (0:2) "Portu" mübarizəni dayandırıb.

"Portu" Taremini 2020-ci ilin yayında "Riu Ave"dən 4,73 milyon avroya transfer edib. İran millisinin üzvü bu mövsüm keçirdiyi 39 oyunda 17 qol vurub, 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq