“Mançester Siti” və “Real” yarımfinalda! - Çempionlar Liqas

15 Aprel 2021 00:54 Çempionlar Liqası 733
“Mançester Siti” və “Real” yarımfinalda! - Çempionlar Liqas

Çempionlar Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, son olaraq, "Real" və "Mançester Yunayted" növbəti raunda vəsiqə qazanıblar.

"Kral klubu" evdə qalib gəldiyi "Liverpul" ilə səfərdə qolsuz heç-heçəyə razılaşaraq, adını yarımfinala yazdırıb.

"Şəhərlilər" isə Mançesterdə 2:1 hesabı ilə məğlub etdiyi Dortmund təmsilçisinə səfərdə də eyni aqibəti yaşadıb. Halbuki matçda ilk qolu meydan sahibləri vurublar.

15-ci dəqiqədə 18 yaşlı ingiltərəli yarımmüdafiəçi Cud Bellingem həmyerlilərinin qapısına yol tapıb. Birinci hissə "Borussiya"nın minimal üstünlüyü ilə başa çatıb.

İkinci yarıya daha yaxşı başlayan qonaqlar 55-ci dəqiqədə Riyad Mahrezin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 75-ci dəqiqədə isə Fil Foden komandasına qələbə qazandıran qolun müəllifi olub.

Liverpul (İngiltərə) – Real (İspaniya) 0:0
İlk oyun – 1:3

Liverpul: Alisson, Robetson, Kabak, Filips, Aleksander-Arnold, Milner, Fabinyo, Veynaldum, Mane, Firmino, Salah.
Real: Kurtua, Valverde, Militan, Naço, Mendi, Modriç, Kazemiro, Kroos, Asensio, Benzema, J.Vinisius.

Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qol: Bellingem, 15 – Mahrez, 55. Foden, 75.
İlk oyun – 1:2

Borussiya: Hits, Gerreyro, Hummels, Akanji, Bauza, Dahud, E.Can, Bellingem, Roys, Haland, Knauff.
Mançester Siti: Ederson, Uolker, Stounz, Dias, Zinçenko, De Bruyne, Rodri, İ.Gündoğan, Mahrez, B.Silva, Foden.

Digər Xəbərlər
Xəbər Lenti