Cənubi Azərbaycan klubu Çempionlar Liqasına heç-heçə ilə başladı

14 Aprel 21:20 Çempionlar Liqası 2 964
Cənubi Azərbaycan klubu Çempionlar Liqasına heç-heçə ilə başladı

Asiya Çempionlar Liqasının 2021-ci il mövsümündə qrup mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda mübarizə aparan "Trakto" ilk sınağında Özbəkistan təmsilçisi "Paxtakor"un qonağı olub. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Bu ilin martında "Neftçi"ni Təbriz təmsilçisinə dəyişən Saman Nərimancahanla "Sumqayıt"ın sabiq hücumçusu, Azərbaycan Premyer Liqasının bombardiri Peyman Babayi oyuna start heyətində başlayıb. "Səbail"in keçmiş müdafiəçisi Peyman Keşəvarz isə ehtiyatda qalıb.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesabı 53-cü dəqiqədə qonaqların heyətində Aşkan Dejagah açıb. 3 dəqiqə sonra Məhəmməd Abbaszadə fərqi 2 topa çatdırıb.

Amma "Traktor" üstünlüyünü qoruya bilməyib. 69-cu dəqiqədə "Paxtakor"un əsas qol silahı Draqan Çeran fərqi minimuma endirib.

Cəmi 6 dəqiqə sonra Şarof Mukhiddinov tarazlığı bərpa edib. 82-ci dəqiqədə Hocimat Erkinov meydan sahiblərini hesabda önə keçirib. Görüşdə son nöqtəni isə 85-ci dəqiqədə Məhəmməd Abbaszadə qoyub.

Bu nəticədən sonra 1 xalı olan komandalar ilk iki pilləni bölüşürlər.

Digər Xəbərlər
Xəbər Lenti