"Biz Çempionlar Liqasının son qalibini nokauta saldıq"

14 Aprel 2021 15:40 Çempionlar Liqası 750
"Biz Çempionlar Liqasının son qalibini nokauta saldıq"

PSJ-nin ulduzu Neymar Çempionlar Liqasında “Bavariya”nı mübarizədən kənarlaşdıraraq yarımfinala adlamalarını şərh edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu deyib:

“Bu oyunda məğlub olmağımıza baxmayaraq, mən xoşbəxtəm. Biz çox gözəl komandaya qarşı oynayırdıq. Həmçinin biz də əla komandayıq və biz bu gün bunu göstərdik.

Biz Çempionlar Liqasının son qalibini nokauta saldıq. Öz hədəfimizə nail olduq. İndi biz yarımfinalda daha güclü mübarizə aparmalıyıq.

Mən xoşbəxtəm ki, yarımfinala çıxdıq. PSJ əla komandadır”.

PSJ ilk oyunda 3:2 hesablı qələbə qazanıb. Komanda cavab matçında 0:1 hesabı ilə uduzsa da, iki görüşün cəmində yarımfinala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”