"Bu mövsüm başımıza çox şey gəldi"

14 Aprel 2021 10:00 Çempionlar Liqası 464
"Bu mövsüm başımıza çox şey gəldi"

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la cavab görüşü öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis deyib:

“Əlbəttə ki, çətinliklərlə qarşılaşacağıq. Komanda yaxşı mübarizə aparmağa və müdafiə olunmağa davam edəcək.

Daha da irəli getmək üçün maksimum səy göstərməliyik. Oyunda həm psixologiya, həm də fiziki güc rol oynayacaq. Bu mövsüm başımıza çox şey gəldi.

Amma problemlərin öhdəsindən gələndən sonra komanda daha da birləşmiş olur. Fikrimizi “Liverpul”la matça cəmləmişik. Sona qədər mübarizə aparacağıq”.

Komandalar arasında ilk oyun Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu gün keçiriləcək cavab görüşü isə Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti