PSJ və “Çelsi” yarımfinalda! - Çempionlar Liqası

14 Aprel 2021 00:56 Çempionlar Liqası 1 103
PSJ və “Çelsi” yarımfinalda! - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

PSJ doğma meydanda “Bavariya”nı qəbul edib.

Komandalar arasında keçirilən ilk oyunda PSJ 3:2 hesablı qələbə qazanmışdı. Bu qarşılaşma Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Lakin bu, PSJ-ni mübarizədən kənarlaşdırmaq üçün yetərli olmayıb.

Günün digər matçında “Çelsi” “Portu” ilə qarşılaşıb. Görüş koronavirus pandemiyası səbəbindən İspaniyada, “Ramon Sançes Pisxuan” stadionunda keçirilib.

“Çelsi” ilk oyunda səfərdə “Portu”nu 2:0 hesabıyla məğlub etmişdi və növbəti mərhələyə daha yaxın görünürdü. Bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər, lakin yarımfinala İngiltərə klubu yüksəlib.

13 aprel

PSJ (Fransa) – Bavariya (Almaniya) 0:1
Qol:
Şupo-Motinq, 40.
İlk oyun – 3:2

PSJ: Navas, Diallo, Kimpembe, Danilo, Daqba, Paredes, Queye, Draksler, Neymar, Di Mariya, Mbappe.
Bavariya: Noyer, Pavar, Boatenq, Ernandes, Deyvis, Kimmix, Alaba, Sane, Müller, Koman, Şupo-Motinq.

Çelsi (İngiltərə) – Portu (Portuqaliya) 0:1
Qol: Taremi, 90+4.
İlk oyun – 2:0

Çelsi: Mendi, Aspilikueta, Çilluel, Haverts, Ceyms, Jorjinyo, Kante, Maunt, Pulişiç, Rudiger, T.Silva.
Portu: Marçesin, Korona, Qruyiç, Manafa, Mareqa, Mbemba, Otavio, Pepe, Sanusi, S.Oliveyra, Uribe.

Digər Xəbərlər
Xəbər Lenti