“Bavariya” PSJ-yə, “Portu” “Çelsi”yə uduzdu - ÇL-DƏ QONAQLARIN GECƏSİ

8 Aprel 2021 00:55 Çempionlar Liqası 589
“Bavariya” PSJ-yə, “Portu” “Çelsi”yə uduzdu - ÇL-DƏ QONAQLARIN GECƏSİ

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşmada qonaq komandalar qalib gəliblər.

PSJ Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə məğlub edib. Matça fəal başlayan Paris klubu 3-cü dəqiqədə Kilian Mbappenin vurduğu erkən qolla hesabı açıb.

28-ci dəqiqədə meydan sahibləri 2-ci topu qapılarında görüblər. Bu dəfə Markinyos fərqlənib. 37-ci dəqiqədə Erik Şupo-Motinq fərqi azaldıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

İkinci yarının əvvəlində "Bavariya" tarazlığı bərpa edib. 51-ci dəqiqədə Tomas Müller rəqibi cəzalandırıb. Lakin 68-ci dəqiqədə dubl edən Mbappe PSJ-ni yenidən önə keçirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Gecənin digər oyununda isə İ"Çelsi" pandemiya səbəbindən İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan qarşılaşmada Portuqaliya "Portu"suna 2:0 hesabı ilə qalib gəlib.

Qolları 32-ci dəqiqədə Meyson Maunt, 85-ci dəqiqədə isə Bencamin Çilvell vurublar.

6 aprel

Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Bruyne, 19. Foden, 90 – Roys, 84.

Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.
Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.

Real (İspaniya) – Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 – Salah, 51.

Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.
Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.

7 aprel

Bavariya (Almaniya) – PSJ (Fransa) 2:3
Qol: Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.

Bavariya: Noyer, Hernandes, Alaba, Sule, Pavar, Kimmix, Qoretska, Koman, Müller, Sane, Şupo-Motinq.
PSJ: Navas, Daqba, Markinyos, Kimpembe, Diallo, Danilo, Qeye, Di Mariya, Neymar, Draksler, Mbappe.

Portu (Portuqaliya) – Çelsi (İngiltərə) 0:2
Qol: Maunt, 32. Çiluell, 85.

Portu: Marçesin, Sanusi, Pepe, Mbemba, Manafa, Otavio, Uribe, Qruyiç, Korona, Luis Dias, Mareqa.
Çelsi: Mendi, Rudiger, Kristensen, Aspilikueta, Çiluell, Kovaçiç, Jorjinyo, Ceyms, Verner, Haverts, Maunt.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!