Çempionlar Liqası matçının məkanı dəyişdirildi – Koronavirusa görə

31 Mart 2021 12:00 Çempionlar Liqası 1 011
Çempionlar Liqası matçının məkanı dəyişdirildi – Koronavirusa görə

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Portu” – “Çelsi” matçının yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə Portuqaliya və İngiltərə klubları arasındakı matçın İspaniyada baş tutacağı diqqətə çatdırılıb.

Maraqlıdır ki, bu komandalar arasındakı cavab qarşılaşması – yəni “Çelsi” – “Portu” görüşünə də İspaniya evsahibliyi edəcək. Qarşılaşmalar koronavirus pandemiyası səbəbindən Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək.

İlk oyun aprelin 7-də, cavab qarşılaşması isə aprelin 13-də gerçəkləşəcək. Hər iki matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq