Çempionlar Liqasının 1/4 finalında "Real" və "Liverpul" arasında İspaniyada keçirilməli olan ilk oyununun yeri dəyişdirilməyəcək .
Sportinfo.az xəbər verir ki, İspaniya hökuməti, 30 martdan etibarən İngiltərəyə girişə qoyulan koronavirus məhdudiyyətlərini yumşaldacaq.
Bu səbəbdən 6 aprelə təyin olunmuş matç Madriddə oynanılacaq.
1/8 finalda İngiltərə klublarının bir neçə görüş neytral meydanlarda keçirilib.

