Həftənin futbolçusu adına namizədlər – Çempionlar Liqasında

11 Mart 2021 12:20 Çempionlar Liqası 900
Həftənin futbolçusu adına namizədlər – Çempionlar Liqasında

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann, Portuqaliya "Portu"sundan Serjiu Oliveyra, İngiltərə "Liverpul"undan Fabinyo və Fransa PSJ-nin qapıçısı Keylor Navas iddia edir.

Holann İspaniya "Sevilya"sı ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, Oliveyra isə İtaliyada "Yuventus"a əlavə vaxtda 2:3 məğlub olduqları qarşılaşmada dubl edib.

Fabinyonun Almaniya "Leyptsiq"inə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. Navas isə İspaniya "Barselona"sı ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra "Portu", "Borussiya", "Liverpul" və PSJ 1/4 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq