"Bavariya" və "Çelsi" 1/4 finalda - Çempionlar Liqası

18 Mart 01:54 Çempionlar Liqası 393
"Bavariya" və "Çelsi" 1/4 finalda - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə daha iki görüş keçirilib.

"Çelsi" öz meydanında "Atletiko"nu qəbul edib. "Zadəganlar" 2:0 hesablı qələbə qazanıb. Komandalar arasında keçirilən ilk oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Çelsi" növbəti mərhələyə adlayıb.

Digər oyunda isə turnirin son qalibi "Bavariya" evdə "Latsio" ilə qarşılaşıb. Münhen təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Səfərdə keçirilən ilk görüşdə Almaniya klubu İtaliya təmsilçisinə 4:1 hesabı ilə qalib gəlib. Bununla da "Bavariya" gözlənildiyi kimi 1/4 finala adını yazdırıb.

"Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) - 2:0
Qollar:
Ziyex, 34, Emerson, 90+4
İlk oyun - 1:0

"Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) - 2:1
Qollar:
Levandovski, 33 pen (1:0), Motinq, 73 (2:0), Parolo, 82 (2:1)
İlk oyun - 4:1

Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü