7 ölkə Şağanda - VİDEO

11 Sentyabr 2018 13:24 Boks 621
7 ölkə Şağanda - VİDEO

Şağan Olimpiya İdman Kompleksində İlk Bbeynəlxalq döyüş növləri festivalı keçirilib.

Sportinfo.az xəbər verir ki, iştirakçılar Muay Tay, Tay boks, Uşu, fri faytinq, Karate Şotakan, Alpaqut, Kunq-fu və Taekvando İTF növlərində bacarıqlarını nümayiş etdiriblər.

Yarışın rəsmi açılış mərasimndən sonra həlledici döyüşlərə start verilib. Muay Tay növündə Məhər Əsədzadə, Əli Əliyev, Qabil Əhmədli, Rəvan ağazadə, Murad Nuruzadə və Kənan Haşımov mükafatçılar siyahısına düşüblər. Uşu sanda növündə Arif Sultanov, Fətəli İsmayılov,

Seymur Həmidov, Hüseyn dadaşov Pərviz Abıyev və Nicat Muradov rəqiblərindən güclü olublar. Vaqif Hacıyev, Vüsal dadaşov və Samir Hüseynov Fri faytinq döyüş növündə fəxri kürsüyə qalxıblar.

Səxavət Həsənovla Murad Qasımov kunq-fu növündə mükafatlara yiyələniblər. Yarışda Azərbaycanla yanaşı Əfqanıstan, Pakistan, İran Rusiya, Gürcüstan və Türkiyədən ümumilikdə 300-də çox idmançı mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti