Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti postuna seçkinin tarixi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, seçki 2 - 3 oktyabrda Rusiyanın paytaxtı Moskvada qurumun növbəti konqresi çərçivəsində baş tutacaq.
Toplantıda AİBA-nın İcraiyyə komitəsinə üzvlər də seçiləcək. Qurumun prezidenti postuna namizədlərin qeydiyyatı sentyabrın 23-də başa çatacaq.
Quruma rəhbərlik etməyə ən real namizəd kimi Qazaxıstan Boks Federasiyasının prezidenti Serik Konakbayev göstərilir.
2017-ci ilin iyununda AİBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu prezident postundan kənarlaşdırıb. Quruma müvəqqəti olaraq vitse-prezident Qafur Rəhimov rəhbərlik edir.

