"Qəbələ"li Nərimandan 22-ci qələbə - “Khojaly Global Promotion-2”də - FOTO

28 Avqust 2018 12:48 Boks 656
"Qəbələ"li Nərimandan 22-ci qələbə - “Khojaly Global Promotion-2”də - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, idmançımız “Khojaly Global Promotion-2” yarışı çərçivəsində baş tutan MMA döyüşçülərinin mübarizəsində qüvvəsini sınayıb.

“Dalga Beach Aquapark Resort” Ailəvi İstirahət Mərkəzində təşkil olunan yarışda Abbasovun rəqibi Rusiya təmsilçisi Umar Taqirov olub.

İlk dəqiqələrdən döyüşü fəal keçirən Nəriman bu dueldən qalib ayrılıb. Bu, Nərimanın peşəkarlar arasında keçirdiyi 25-ci döyüşdə 22-ci qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti