Yığmamız Macarıstandakı DÇ-yə 6 boksçu ilə yollanır

20 Avqust 2018 08:48 Boks 566
Yığmamız Macarıstandakı DÇ-yə 6 boksçu ilə yollanır

Avqustun 21-də Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında dünya birinciliyi start götürəcək.

Sportinfo.az xəbər verir ki, 10 gün davam edəcək mundialda Azərbaycan yığması 6 nəfərlə təmsil olunacaq.

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində keçirilmiş Avropa birinciliyində bu yarışa lisenziya qazanmış Maqsud Xasmetov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Zaur Musayev (81 kq) və İsmayıl Yaqubov (91 kq) Budapeştdə ölkəmizin idman şərəfini qoruyacaq. Komandamız sentyabrın 1-də Vətənə dönəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti