Maşınla adam vurub öldürən dünya çempionunun məhkəməsi başlayır

6 Avqust 2018 16:36 Boks 943
Maşınla adam vurub öldürən dünya çempionunun məhkəməsi başlayır

Bakıda maşınla adam vurub öldürən dünya çempionu Urxan Orucovun məhkəməsi başlayır.

Sportinfo.az xəbər verir ki, hadisə bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

U.Orucov idarə etdiyi “BMW” markalı avtomobillə Maştağa qəsəbə sakini, 31 yaşlı Səlim Zülfüqarovu vurub və hadisə yerindən qaçıb. S.Zülfüqarv vəfat edib, U.Orucov isə saxlanılaraq həbs edilib.

Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudu. Onun ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə avqustun 9-da ilkin hazırlıq iclası keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?