Kamran Şahsuvarlı "Qəbələ"yə gümüş medal gətirdi

30 İyul 2018 20:48 Boks 640
Kamran Şahsuvarlı "Qəbələ"yə gümüş medal gətirdi

Ukraynanın Odessa şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.

Sportinfo.az xəbər verir ki, Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirdə Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Kamran Şahsuvarlı uğurla çıxış edib.

Təmsilçimiz yarışda gümüş medala yiyələnib. 81 kq çəki dərəcəsində çıxış edən boksçu yalnız finaıda uduzaraq ikinci yeri tutub. Yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti