Azərbaycan boksçuları Odessada beynəlxalq turnirdə çıxış edəcək

14 İyul 2018 20:48 Boks 628
Azərbaycan boksçuları Odessada beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnirə qatılacaq.

Sportinfo.az xəbər verir ki, iyulun 16-da start götürəcək Semyon Trestinin xatirə turnirinə 5 boksçu qatılacaq.

A kateqoriyalı yarışda baş məşqçi Leonid Loivski Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti