Gözdə-qulaqda olun - Məşhur persona Azərbaycana gələcək

7 İyul 2018 15:48 Boks 711
Gözdə-qulaqda olun - Məşhur persona Azərbaycana gələcək

Məşhur amerikalı sabiq boksçu Mayk Tayson Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a "Qodzilla” şirkətindən məlumat verilib.

Onunla bu haqda söhbət aparılıb. Tayson Azərbaycana gəlməyə razılıq verib. Onun Bakıya gəlişi oktyabr-noyabr aylarında olacaq. Həmin müddətdə Tayson boksçulara seminar keçəcək və fanatlara avtoqraf paylayacaq.

Mayk Tayson peşəkar boksun WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olub. O, 1985-2005-ci illərdə peşəkar boksla məşğul olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti