“Bakı, tezliklə mən gəlirəm”

16 İyun 2018 18:30 Boks 1 390
“Bakı, tezliklə mən gəlirəm”

MMA çempionu, Rusiyanın qarışıq döyüş sənəti üzrə məşhur idmançısı Həbib Nurməhəmmədov iyunun 18-də Bakıya gələcək.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram səhifəsində məlumat verib.

Bildirib ki, Müqəddəs Ramaz bayramından sonra Azərbaycanda olacaq: “Bakı, tezliklə mən gəlirəm”.

Səfər Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının dəvəti və dəstəyi ilə həyata keçirilir.

Nurməhəmmədov iyunun 18-də Fəxri və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saat 16:00-da Əl Oyunları İdman Sarayında idman ictimaiyyəti, bu idman növü ilə məğul olan idmançılar və öz fanatlarıyla görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?