Alim finalda Qriqoryanla döyüşdü: hakimlər qələbəni erməniyə verdi

5 İyun 2018 10:12 Boks 968
Alim finalda Qriqoryanla döyüşdü: hakimlər qələbəni erməniyə verdi

Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory” liqası çərçivəsində növbəti döyüşlər keçirilib.

Sportinfo.az xəbər verir ki, "Glory54” turnirində Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edib.

"Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxıb. Alim Belçikanı təmsil edən erməni idmançı Harut Qriqoryanla üz-üzə gəlib.

5 raudluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib. Bu ailimin peşəkar rinqdə 56-cı döyüşü olub. O, bu döyüşlərin 49-da qələbə qazanıb, 7-də uduzub.

Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?