İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında "Heroic battle" turniri (Qəhrəmanlıq döyüşü) keçiriləcək.
Sportinfo.az xəbər verir ki, sayca 22-ci dəfə təşkil olunacaq reytinq döyüşünlərində Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı Şikar Bədəlov təmsil edəcək.
Gecəyə ümumilikdə 20 ölkə idmançısı qatılacaq. Şikar Bədəlov ötən il 21-ci "Heroic battle" döyüşünün qalibi olub.

