Haydı "Qəbələ"li "Professor", erməninin baş-gözünü əz!

2 İyun 2018 09:12 Boks 1 009
Haydı "Qəbələ"li "Professor", erməninin baş-gözünü əz!

Bu gün peşəkar kikboksçular arasında “Glory” liqası çərçivəsində növbəti döyüşlər keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Böyük Britaniyanın Birmingem şəhərində baş tutacaq “Glory54” turnirində Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edəcək.

“Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxacaq. Alim Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gələcək.

Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşüdü. Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu