Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.
Oyunun 5 raundunda bütün qələbələr Zabit Səmədovun olub. Hər üç hakim qələbəni Səmədova verib - 50:46. Bununla o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.
Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” avtomobili də bağışlanıb.
“Vegas City Hall”da keçirilən görüşü Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, xalq artisti Emin Ağalarov, Hollivud ulduzu Stiven Siqal da izləyib.

