Gənclər dünya birinciliyinin və olimpiadanın hazırlığına başladı

24 May 2018 00:40 Boks 948
Gənclər dünya birinciliyinin və olimpiadanın hazırlığına başladı

Gənc boksçulardan ibarət milli növbəti təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.

Baş məşqçisi Vaqif Şirinov toplanışa 15 nəfər cəlb edib. İlk mərhələ iyunun 5-dək davam edəcək. Sumqayıt olimpiya idman kompleksində təşkil edilən hazırlıqda əsasən fiziki çalışmaya üstünlük verilir.

Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq yeniyetmələrin olimpiya oyunlarının hazırlığı başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti