Heydər Əliyev kubokuna Gürcüstan yığması ilə birgə hazırlaşırlar

5 May 2018 20:48 Boks 703
Heydər Əliyev kubokuna Gürcüstan yığması ilə birgə hazırlaşırlar

Yeniyetmə boksçulardan ibarət milli növbəti təlim-məşq toplanışı başlayıb.

Sportinfo.az xəbər verir ki, ayın 10-dək keçiriləcək hazırlıqda 25 nəfər iştirak edir.

Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirir. Hazırlıqda Gürcüstan yığmasının üzvləri də qatılıblar.

2 millinin birgə çalışması Heydər Əliyev kubokuna hazırlıqdır. Bu yarış mayın 10-14-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti